Stefan Kuntz,  Türkiyə milli komandasının yeni baş məşqçisi
19 sentyabr 2021 17:16 (UTC +04:00)

Stefan Kuntz, Türkiyə milli komandasının yeni baş məşqçisi

Türkiyə milli komandasının yeni baş məşqçisi təyin edildi

Futbol üzrə Türkiyə milli komandasının yeni baş məşqçisi məlum olub.
APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyə Futbol Federasiyası Stefan Kuntzun Milli komandanın baş məşqçisi təyin edildiyini açıqlayıb.
Almaniyalı baş məşqçi sabah mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, bundan öncə dünya çempionatının seçmə oyunları çərçivəsində  qrupda Niderlanda görüşdə 1:6 hesablı məğlubiyyətdən sonra Şenaol Günəş Türkiyə millisinin baş məşqçisi postundan istefa verib.

# 2583
avatar

Oxşar yazılar