Hüseyin Üneş
14 dekabr 2020 17:35 (UTC +04:00)

Hüseyin Üneş

Türkiyə klubunun prezidenti istefa verdi

0

Türkiyənin “Ərzurum BB” klubunun prezidenti Hüseyin Üneş vəzifəsindən istefa verib.

Apasport.az xəbər verir ki, bu barədə Super Liqa klubu məlumat yayıb.

Bildirilib ki, boş qalan postu hələlik vitse-prezident Ömər Düzgün tutacaq. Prezidentin istefası barədə məlumat verilməsə də, bunu uğursuz çıxışla əlaqələndirirlər.

“Ərzurum BB” 12 turdan sonra 9 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1285

Oxşar yazılar