Tribuna azarkeşlərlə birlikdə çökdü -  VİDEO
17 oktyabr 2021 21:43 (UTC +04:00)

Tribuna azarkeşlərlə birlikdə çökdü - VİDEO

Hollandiya çempionatının 9-cu turunda  NEC Nijneqen komandasının meydanında keçirilən oyunda "Vitess" azarkeşlərinin olduğu tribuna çöküb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 1:0 hesabı ilə qalib gələn qonaq komandanın oyunçuları, uğurlarını azarkeşləri ilə birlikdə qeyd etmək üçün tribunaya gediblər. Onlar atlamağa konstruksiya tab gətirməyib və çökmə baş verib.

Xoşbəxtlikdən hadisə zamanı heç kim xəsarət almayıb. Çökmədən sonra “Viress”in azarkeşləri qələbəni bayram etməkdə davam ediblər.


 

# 2211
avatar

Oxşar yazılar