İngiltərənin "Tottenhem" klubu "Feyenoord"un hazırkı baş məşqçisi Arne Slotun təyinatı ilə bağlı danışıqlar aparır.
Lent.az bildirir ki, bu barədə “Sport Bild” “De Telegraaf” nəşrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, məşqçinin agenti London klubunun rəhbərləri ilə danışıqlar zamanı mütəxəssisin “Tottenhem”ə rəhbərlik etməyə hazır olduğunu açıqlayıb. Bununla belə, “Tottenhem” Hollandiya klubuna əhəmiyyətli dərəcədə sərbəst qalmaq məbləği ödəməlidir. Bildirilir ki, klublar arasında danışıqlar mayın 24-ü çərşənbə gününə planlaşdırılıb.
Slot 2021-ci ilin yayında "Feyenoord"a rəhbərlik edib. Onun rəhbərliyi altında klub UEFA Konfrans Liqasının finalına yüksəlib (2021/2022), burada “Roma”ya uduzub (0:1), həm də Hollandiya çempionu olub (2022/2023).