Tokio-2020: Məşqçi karantinə alınıb
25 iyul 2021 11:02 (UTC +04:00)

Tokio-2020: Məşqçi karantinə alınıb

Tokio-2020 Yay Olimpiya Oyunlarının daha bir iştirakçısı koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, bu dəfə məşqçilərdən birinin testi müsbət nəticələnib.

Bu, akademik avarçəkmə üzrə Niderland millisinin məşqçisi Yosi Ferdonksxotdur. 64 yaşlı mütəxəssis 10 günlük karantinə alınıb. Qadın ekipajlarla çalışan mütəxəssisin Olimpiya kəndində təmas qurduğu şəxslər araşdırılır.

Qeyd edək ki, məşqçi Tokioya koronavirusa yoluxan 4 niderlandlı idmançı ilə eyni təyyarədə deyil, ayrı uçub.

# 1419
avatar

Oxşar yazılar