Polşa "Rakuva"sının futbolçuları 31-ci turda "Korona"ya məğlub olsalar da, vaxtından əvvəl ölkə çempionu olublar.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə çempionatın başa çatmasına üç tur qalmış “Rakuv” 71 xal toplayıb. Ən yaxın izləyicisi “Legiya”nin 60 xalı var. Lakin “Legiya” “Poqoni”yə uduzub və liderə çatmaq imkanını itirib.
Çenstohova klubu üçün bu titul tarixdə ilk olub. Komanda əvvəlki iki çempionatda gümüş medallar və Polşa kubokunu qazanıb.
Bu il “Rakuv” çempion olub, lakin kubokun finalında "Legiya"ya penaltilər seriyasında 5:6 hesabı ilə uduzub.