“FourFourTwo” nəşri futbol tarixinin ən nifrət edilən insanların siyahısını hazırlayıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, “Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi Coi Barton ən çox nifrət edilən futbolçu seçilib.
İkinci yeri Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter, üçüncü yeri isə Almaniya millisinin heyətində dünya çempionu olan Harald Şumaxer tutub.
Dördüncü yerdə Avropa Futbol Assosiasiyaları İttifaqının keçmiş rəhbəri Mişel Platini qərarlaşıb. Beşinci yerdə Seneqal millisinin keçmiş hücumçusu El-Haci Diuf olub.
Materialda Bartonun yaxşı futbolçu olduğu, amma mənfi insan olduğu deyilir. “Gənc oyunçunun gözündə siqar söndürmək? Həm meydanda, həm də meydandan kənarda çoxsaylı təcavüz aktları? Sosial şəbəkələrdə futbolda qadınlara qarşı iyrənc hücumlar?”, - jurnalistlər qeyd ediblər.