"Empoli" və "Leççe" arasında İtaliya A Seriyasının 28-ci tur oyunu qonaq komandanın paltardəyişmə otağındakı yanğın səbəbindən gec başlayıb.
Lent.az DAZN telekanalına istinadən xəbər verir ki, yanğınsöndürənlər sürətlə arenaya daxil olaraq, yanğını qısa zamanda söndürüblər.
Xoşagəlməz hadisə üzündən qarşılaşmanın startı təqribən 35 dəqiqə ləngiyib.
Qeyd edək ki, hazırda matçda ikinci hissə oynanılır və hesab açılmayıb.