"Deportivo Kali"nin futbolçusu Teofilo Qutyerres Kolumbiya çempionatında "Deportes Tolima" ilə oyunda nalayiq hərəkətə görə cəzalandırılıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hadisə noyabrın 25-də baş verib. Fasilədə soyunub-geyinmə otağına gedən Qutyerres stadion işçisini ombasına vurub. Meydana qayıdaraq hərəkətini təkrarlayıb. Media nümayəndələrinin hadisənin şahidi olduğu qeyd edilir.
Kolumbiya liqasının nizam-intizam komitəsi futbolçunu 4 oyunluq diskvalifikasiya etmək qərarına gəlib. Bununla yanaşı, ona 250 dollar cərimə də verilib. Qutyerresin hərəkətləri qınaq obyekti və idman prinsiplərinə zidd hesab edilib.
38 yaşlı futbolçu 2021-ci ildən "Deportivo Kali"də çıxış edir. Bu mövsüm o, komandanın heyətində 17 oyun keçirib, üç qol vurub və dörd məhsuldar ötürmə verib.