ŞOK:  Klub prezidenti oyunçuları meydandan çıxardı, oyun yarımçıq qaldı
19 dekabr 2023 23:15 (UTC +04:00)

ŞOK: Klub prezidenti oyunçuları meydandan çıxardı, oyun yarımçıq qaldı

Türkiyə Super Liqasının XVII həfətəsində oynanılan "İstanbulspor"-"Trabzonspor" matçı yarımçıq qalıb.

Lent.az xəbər verir ki, İstanbul təmsilçisi ikinci hissədə oyunu tərk edib.

Buna səbəb istanbulluların oyunun 67-ci dəqiqəsində cərimə zərbəsi gözləntisi olub.

Hakim həmin epizoda davam işarəsi verib. Həmin epizodun ardınca "Trabzonspor"un qol vurması (2-1) gözlənilməz hadisənin yaşanmasına səbəb olub.

İstanbul təmsilçisinin prezidenti 74-cü dəqiqədə oyunçulara stadionu tərk etmək barədə göstəriş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4425
avatar

Oxşar yazılar