Şkrinyar PSJ-ni yarıda qoyur
04 yanvar 2024 20:05 (UTC +04:00)

Şkrinyar PSJ-ni yarıda qoyur

PSJ-nin və Slovakiya millisinin mərkəz müdafiəçisi Milan Şkrinyar böyük ehtimalla cari mövsümün sonuna kimi meydana çıxmayacaq. Bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Fabris Hokins məlumat verib.

Lent.az xəbər verir ki, jurnalistin sözlərinə görə, müdafiəçi Fransa Superkubokunda “Tuluza” ilə matçda (2:0) topuğundan ciddi zədə alıb. Slovakiyalının bir neçə ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. 

Parislilərin tibbi qərargahı cərrahiyyə əməliyyatının zəruriliyi ilə bağlı qərar verərsə, müdafiəçinin yoxluq müddəti arta bilər.

Şkrinyar keçən yay azad agent kimi “İnter”dən PSJ-yə keçib. Bu mövsüm müdafiəçi parislilərin heyətində bütün turnirlərdə 23 oyun keçirib və bir qol vurub. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 45 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4515
avatar

Oxşar yazılar