“Mançester Siti”nin idman direktoru Txiki Beqiristayn “Jirona” – “Sevilya” oyununda (5:1) iştirak edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, iştirakda əsas məqsəd matçda het-trik edən hücumçu Artyom Dovbik və matçın sonunda qol vuran yarımmüdafiəçi Viktor Tsqankovu izləmək olub.
“Siti”nin idman direktoru hücumçu Savio Moreyra və yarımmüdafiəçi Yan Kouto ilə də maraqlanıb.
“Siti”dən başqa “Barselona” da “Jirona”nın futbolçuları ilə maraqlanır. Kataloniya klubu İspaniya yığmasının beş futbolçusunu eyni anda izləyir.
“Jirona” Emirati idman holdinqi “City Football Group”un bir hissəsidir, buna görə də Dovbikin gələcəyini seçməkdə son sözü “Mançester Siti” deyəcək.