İngiltərənin “Mançester Siti” klubunun sahibi şeyx Mansur ben Zayed 1896-cı ildən 1910-cu ilədək İngiltərə Kubokunun qaliblərinə verilən ən qədim kuboku alıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, kubok qeyri-müəyyən vaxta qədər Milli futbol muzeyinə verilib. Şeyx Mansur kubok üçün 1,03 milyon dollar ödəyib.
Bu, 1904-cü ildə İngiltərə Kubokunun finalında “Mançester Siti”nin qalib gələrək əldə etdiyi ilk mükafatdır.