İspaniyanın “Sevilya” futbol klubu borclarını ödəmək üçün əsas komandanın bütün oyunçularını satmağa hazırdır.
Lent.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Bildirilir ki, mlubun borcu 90 milyon avroya yaxındır, ona görə də “Sevilya” rəhbərliyi istənilən futbolçu ilə ayrılmağa hazırdır. Qeyd olunur ki, bir və ya iki futbolçunun satışı bütün borcları bağlamayacağından, komanda çoxlu sayda satmalı olacaq.
Ötən mövsüm “Sevilya” yeddinci dəfə Avropa Liqasının qalibi olsa da, İspaniya çempionatında yalnız 12-ci yeri tutmuşdu. Komanda gələn mövsüm Çempionlar Liqasında çıxış edəcək.
Transfermarkt “Sevilya”nın bütün heyətini 201,5 milyon avro qiymətləndirir. Ən bahalısı mərakeşli forvard Youssef En-Nesiridir (20 milyon avro). Ən bahalılar siyahısında həmçinin argentinalı yarımmüdafiəçi Lukas Okampos, mərakeşli qapıçı Yassin Bunu, argentinalı müdafiəçi Qonsalo Montiel (hər biri 12 milyon avro), digər argentinalı müdafiəçi Markos Akunya və ispan hücumçu Rafael Mir Visente (hər biri 10 milyon avro) yer alıb.