Lourens Lapuant
09 iyul 2021 19:54 (UTC +04:00)

Lourens Lapuant

Seks zamanı dopinq alan idmançı Olimpiadaya buraxıldı

13 qat dünya kanoe çempionu Lourens Lapuant seçmə mərhələlərdə məğlub olmasına baxmayaraq Tokio Olimpiadası üçün Kanada yığma komandasına daxil edilib.

Lent.az xarici mediaya istinadla xatırladır ki, 2019-cu ilin yayında kanadalı Lourens Lapuant dopinqə görə yarışdan kənarlaşdırılıb.

Ancaq kanoeçi sonradan qanunsuz dərmanın bədəninə "keçmiş sevgilisi ilə intim əlaqə nəticəsində daxil olduğunu sübut edərək bəraət qərarı alıb.

Amerika futbolu oynayan həmin kişi cinsi partnyoruna bu barədə xaincəsinə xəbərdarlıq etmədən ligandrol istifadə edib.

Nəticədə Lapuant yarışlara qayıtıb. 

İyulun 23-dən avqustun 8-dək Tokioda baş Olimpiadada Lourens Lapuant təkbaşına 200 metr, ikilikdə isə 500 metr  məsafəyə  kanoe yarışlarında iştirak edəcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2214
avatar

Oxşar yazılar