Şəhidlik zirvəsinə yüksələnlərdən biri  BOKSÇUDUR
14 sentyabr 2022 10:11 (UTC +04:00)

Şəhidlik zirvəsinə yüksələnlərdən biri BOKSÇUDUR

Azərbaycan boksçusu Xəyal Əlövsət oğlu Əhədzadə düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə yüksəlib.

Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, o, Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olub. Xüsusi Təyinatı Qüvvələrdə gizir kimi çalışıb.

Məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olan şəhid boksçu 1998-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olub.

O, “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Fizulinin azad olunmasına”, “Cəbrayılın azad olunmasına”, “Kəlbəcərin azad olunmasına” və “Şuşanın azad olunmasına” görə medalları ilə təltif edilib.

Azərbaycan Boks Federasiyası kollektivi şəhid boksçumuzun timsalında bütün şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2544
avatar

Oxşar yazılar