Almaniyanın “Şalke” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu Bundesliqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Helzenkirhen klubunu Tomas Rays çalışdıracaq. 49 yaşlı mütəxəssis bu gün komandanı ilk məşqə çıxaracaq.
Raysın “Bohum”dakı köməkçisi Markus Gellhaus da “Şalke”də çalışacaq. Baş məşqçi ilə müqavilə 2024-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, Bundesliqa klubu ötən həftə Frank Krameri istefaya göndərib.