Rusiyalı fitnes bikini çempionu Arina Volfson Dağıstana gələrək İslamı qəbul edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, o, Dağıstana kortəbii və xüsusi plansız getməyə qərar verdiyini deyib. Orada onu bölgənin müxtəlif görməli yerlərinə aparan şirkətlərlə tanış olub.
Moskvaya qayıdan qız bütün əşyalarını toplayıb Qafqaza köçmək və adi həyatını dəyişmək qərarına gəlib. Orada tez bir zamanda ofisiant kimi işə düzəlib.
Bundan əlavə, Volfson qadın mərkəzlərindən birində İslamı qəbul etməyi bacarıb. O əlavə edib ki, indi din qaydalarına görə spirtli içki qəbul edə, kişilərlə ünsiyyət qura bilməz. Eyni zamanda, onun fikrincə, sevdiyi bir müsəlmanla evlənə bilər.