İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi İngiltərənin “Birminqem” klubunun baş məşqçisi vəzifəsindən qovulub.
Lent.az xarici mediaya istinadla bildirir ki, məlumat komandanın rəsmi saytında dərc olunub.
“Birminqem” komandası səfərdə “Lids”ə 0:3 hesabı ilə sarsıdıcı məğlubiyyət alıb və bu səbəbdən də qələbəsiz seriya 5 oyuna çatıb.
Ümumilikdə Runinin rəhbərliyi altında komanda 15 oyun keçirib və cəmi ikisində qələbə qazanıb.
“Birminqem”dən əvvəl keçmiş futbolçu Amerikanın “DC Yunayted” klubunu çalışdırıb. Runi 2022-ci ildə Amerika klubuna rəhbərlik edib və 8 oktyabr 2023-cü ildə ayrılıb.
Bir oyunçu kimi o, 2018-2020-ci illərdə “DC Yunayetd”-də çıxış edib. Forvard karyerasının böyük hissəsini “Mançester Yunayted”də keçirib (393 matç). O, beşqat İngiltərə çempionudur və 2008-ci ildə klubu ilə Çempionlar Liqasının qalibi olub. O, 2003-2018-ci illərdə İngiltərə millisində çıxış edib.