Kriştiano Ronaldo
28 avqust 2021 12:28 (UTC +04:00)

Kriştiano Ronaldo

Ronaldonun “Mançester Yunayted”dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun “Mançester Yunayted”dəki maaşı bəlli olub.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq.

Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun “Yuventus”dakı qazancından 2 milyon azdır.

Qeyd edək ki, Kriştiano 2003-09-cu illərdə də Mançester təmsilçisində oynayıb.

# 3249
avatar

Oxşar yazılar