Kriştianu Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanı çempionatında XXI turun görüşləri keçirilib.
Lent.az xəbər verir ki, portuqaliyalı hücumçunun çıxış etdiyi "Əl-Nəsr" komandası evdə "Abha" ilə qarşılaşıb.
Meydan sahibləri 0:1 uduzduqları görüşdə fasilədən sonra geridönüş edə bilib. Ronaldo 78-ci dəqiqədə cərimə zərbəsindən qol vurub. Digər qolu "Beşiktaş"ın sabiq futbolçusu braziliyalı Taliska penaltidən rəqib qapısından keçirib – 2:1.
Qeyd edək ki, bu, Kriştianu Ronaldonun yeni klubunda cərimə zərbəsindən vurduğu ilk qol olub.