“Botafoqo”nun baş məşqçisi Luis Kastro Səudiyyə Ərəbistanının “Əl-Nəsr”inə rəhbərlik edəcək.
Lent.az xarici mediaya istinadla bildirir ki, tərəflər daha bir mövsüm uzatmaq imkanı ilə iki illik müqavilə imzalayacaqlar. Səudiyyə klubu mütəxəssis üçün Braziliya klubuna 2,3 milyon avro ödəyəcək.
Qeyd olunur ki, məşqçi “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun tövsiyəsi ilə seçib. Portuqaliyalı həmyerlisi ilə danışıqlara da qatılıb.