Ronaldo hansı futbolçudan  ilham aldığını   etiraf etdi
04 mart 2025 10:14 (UTC +04:00)

Ronaldo hansı futbolçudan ilham aldığını etiraf etdi

Portuqaliyalı hücumçu səmimi etiraflar edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Portuqaliya və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu, “Qızıl top”un beşqat qalibi Kriştiano Ronaldo oyunu ilə onu ruhlandıran iki futbolçunun adını çəkib.

"Ronaldo və Ronaldinyo öz miraslarını, tarixlərini qoyublar. Deyə bilərəm ki, mən onlardan daha çox fərdi titul qazanmışam, lakin hər ikisi dünya kuboklarında qalib gəliblər. Onları çox bəyənirəm. Onların oyunlarını izləyib böyümüşəm. Onların arasında kim daha yaxşıdı desəm? Bu, əsas məsələ deyil. Daha doğrusu, onlar mənim kumirlərimdir və futbolda tarixə miras qoyublar", - Ronaldo bildirib.

Xatırladaq ki, 40 yaşlı Kriştiano Ronaldo 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə planetin ən yaxşı futbolçusuna verilən "Qızıl top"u qazanıb.

Bu gün Ronaldo 925 qolla dünya futbol tarixinin bombardiridir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 650

Oxşar yazılar