"Əl-Nəsr"in portuqaliyalı yarımmüdafiəçisi Kriştiano Ronaldo baş məşqçi Rudi Qarsiyadan və komandasının göstərdiyi oyundan narazıdır.
Lent.az-ın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “AS” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ronaldo komandanın daha yüksək səviyyəli oyun nümayiş etdirmək və milli titul qazanmaq potensialına malik olduğuna inanır.
Portuqaliyalı "Əl-Nəsr"in yarımfinalda uduzaraq kubok uğrunda mübarizə apara bilməməsindən narazıdır.
Komanda “Əl Feiha” və “Əl Fateh”lə heç-heçə edib, “Əl İttihad”a da məğlub olub, bu da Ronaldonun əhvalına pis təsir edib.
Futbolçu komandanın oyununa ciddi töhfə verib: 10 liqa matçında 11 qol vurulub.