"Roma"nın baş məşqçisi Joze Mourinyo istefaya göndərilib.
Lent.az xarici KİV-ə istnadən bildirir ki, bu barədə komandanın saytı məlumat yayıb.
"Biz Jozeyə kluba gəlişindən bəri göstərdiyi həvəs və səylərə görə təşəkkür etmək istərdik", - məlumatda bildirilir.
Məşqçilər korpusunun dəyişməsinin komandanın hazırkı maraqlarına cavab verdiyi vurğulanır.
Mourinyo 2021-ci ildən "Roma"da çalışırdı. Onun rəhbərliyi altında komanda 2021/2022 mövsümündə Konfrans Liqasının qalibi olub, 2022/2023 mövsümündə də Avropa Liqasının finalına yüksəlib.
Mourinyo dünyanın ən çox mükafat alan məşqçilərindən biridir. Müxtəlif klublarla o, iki dəfə Çempionlar Liqasının, UEFA Kubokunun və onu əvəz edən Avropa Liqasının qalibi olub. Mütəxəssis “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu” və “Benfika”ya rəhbərlik etsə də, heç vaxt milli komandalarla işləməyib.