Robert Prosineçki
28 dekabr 2020 09:34 (UTC +04:00)

Robert Prosineçki

Robert Prosineçki yenidən yığmada

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin işsiz günləri qısa çəkəcək.

Apasport.az saytının məlumatına görə, bu yaxınlarda “Dənizlispor”dan ayrılan xorvatiyalı mütəxəssis yenidən yığmada çalışmağa yaxındır.

Prosineçkinin Şimali Makedoniya millisinin  sükanı arxasına keçməsi gözlənilir. İqor Angelovskinin gedişindən sonra baş məşqçi axtarışlarını davam etdirən makedoniyalılar üçün Prosineçki prioritet hədəfdir. Tərəflər arasında danışıqlar artıq yekunlaşmaq üzrədir.

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib.

# 1560
avatar

Oxşar yazılar