"Real"ın baş məşqçisi Karlo Ançelotti qışda Madrid klubu ilə müqaviləsini uzada bilər.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, yanvarın 10-da “Kral klubu”nun rəhbərliyi 2024-cü il iyunun 30-dək qüvvədə olan hazırkı müqavilənin uzadılması ilə bağlı danışıqlar aparmaq üçün italiyalı mütəxəssislə görüşməyi planlaşdırır.
Mənbənin iddiasına görə, Ançelotti də Madrid klubu ilə əməkdaşlığı davam etdirməyə hazırdır.
64 yaşlı Ançelotti 2013-2015-ci illərdə və 2021-ci ildən indiyədək “Kral klubu”na rəhbərlik edib. Onun rəhbərliyi altında Madrid komandası 2021/22 mövsümündə İspaniya çempionu, həmçinin iki dəfə Çempionlar Liqasının qalibi olub.
“Real” İspaniya çempionatında keçirilən 18 oyundan sonra 45 xalla turnir cədvəlinə başçılıq edir.