“Real Madrid” David Alabanın zədələnməsindən sonra mərkəzi müdafiəçi zonasını gücləndirmək üzərində işləməyə davam edir.
Lent.az xarici mediaya istinadla bildirir ki, Madrid klubunun rəhbərliyi “Bavariya”nın futbolçusu Matteys de Liqt və “Mançester Yunayted”in futbolçusu Rafael Varanın namizədliyini nəzərdən keçirib. Qeyd olunur ki, Madrid klubu de Liqt baha başa gəldiyinə görə fransalı Varanı transfer etmək qərarına gəlib.
Xatırlayaq ki, Varan 2011-ci ildən 2021-ci ilə qədər, 10 il “Real Madrid”in oyunçusu olub. Bu müddət ərzində fransalı müdafiəçi bütün turnirlərdə 360 matçda iştirak edib, 17 qol vurub və 7 məhsuldar ötürmə edib. Madrid klubunun tərkibində Varan dörd dəfə Çempionlar Liqasının qalibi olub, üç dəfə İspaniya çempionatının qalibi olub, həmçinin bir dəfə İspaniya kubokunun qalibi olub.