“Real” oyunçu problemi ilə üzləşdi
08 fevral 2021 19:03 (UTC +04:00)

“Real” oyunçu problemi ilə üzləşdi

“Real” ciddi kadr problemi ilə üzləşib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Kral klubu”nun baş məşqçisi Zinəddin Zidanın sərəncamında əsas heyətdə 12 oyunçu qalıb. 

Məşqdə bu oyunçular iştirak edib: Tibo Kurtua, Andrey Lunin, Naço, Rafael Varan, Ferlan Mendi, Marselo, Kazemiro, Toni Kroos, Marko Asensio, Vinisius Junior, Mariona Dias və Kərim Benzema. 

Qalan futbolçular zədələrini bərpa edir, Toni Kroos isə cəzalı olduğuna görə növbəti oyunu buraxacaq. 

“Real” fevralın 9-da İspaniya çempionatının 1-ci turundan təxirə salınmış oyuna görə “Xetafe”ni qəbul edəcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1722
avatar

Oxşar yazılar