“Real” onu  icarəyə götürür,   bir neçə hücumçu ilə...
30 may 2023 18:48 (UTC +04:00)

“Real” onu  icarəyə götürür, bir neçə hücumçu ilə...

"Espanyol"un hücumçusu Xoselu "Real"a keçməyə yaxındır.

Lent.az bildirir ki, "Marca"nın məlumatına görə, Madrid klubu 33 yaşlı futbolçunu bir mövsümlük pulsuz icarəyə götürmək niyyətindədir. Eyni zamanda, "Real" futbolçunun maaşını öz üzərinə götürməli olacaq.

Qeyd olunur ki, Xoselunun bu keçidi yay transfer pəncərəsində “Real”ın hücumu gücləndirmək üçün bir neçə transferindən ilki olmalıdır. Marko Asensio və Mariano Diazın müqavilələri başa çatdığından və Eden Hazardın vəziyyəti qeyri-müəyyən olduğundan klub yeni hücumçular axtaracaq.

2022/23 mövsümündə Xoselu La Liqada 34 oyuna çıxıb, 16 qol vurub və 2 məhsuldar ötürmə edib. 

# 4842
avatar

Oxşar yazılar