İspaniya Superkubokunun son finalçısının adına aydınlıq gəlib.
Lent.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarımfinal mərhələsinin ikinci cütündə "Barselona" ilə "Osasuna" üz-üzə gəlib.
Görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmadakı qolları 59-cu dəqiqədə Robert Levandovski və 90+3-cü dəqiqədə Lamine Yamal vurub.
Qeyd edək ki, "Barselona"nın finaldakı rəqibi "Real Madrid" olacaq.