“Real”in baş məşqçisi Karlo Ançelotti Madrid komandasında işləməyə davam edə bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, Los Blankos rəhbərliyi yayda müqaviləsi başa çatacaq 64 yaşlı italiyalı ilə yeni müqavilə imzalamaq istəyir.
Bundan əvvəl mətbuat Ançelottinin Braziliya millisini çalışdıra biləcəyini yazmışdı.
Ançelotti 2021-ci ilin iyulundan “Real”ı çalışdırır.