"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix "Mançester Siti"nin hədəfinə çevrilib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 28 yaşlı almaniyalı "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın qısa siyahısında ilk yerlərdən birini tutur.
“Mançester Siti” yay transfer pəncərəsində Kimmixlə müqavilə imzalamağa cəhd edə bilər
Yanvarın əvvəlində futbolçuya "Liverpul" və "Mançester Yunayted"in də iddialı olduğu bildirilirdi.
Bu mövsüm Kimmix "Bavariya"nın heyətində bütün turnirlərdə 20 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı onun dəyərini 75 milyon avro qiymətləndirir. Futbolçunun Münhen klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.