Oktyabrın 23-də İspaniya La Liqasının 11-ci turunun oyunu keçirilib və "Vilyarreal" "Almeriya"nı qəbul edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 56-cı dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Aleks Baena qol vuraraq, görüşdə hesabı bərabərləşdirib. İspaniyalı qoldan sonra formasını qaldıraraq klubun mərhum vitse-prezidenti Xose Lanosun şərəfinə yazını göstərib.
Köynəyi qaldırdığı üçün görüşün baş hakimi Ricardo De Burgos Benqoeçea oyunçuya ikinci sarı vərəqə göstərib və o, dərhal qırmızıya çevrilib. Qeyd edək ki, futbolçu ilk xəbərdarlığını qolun vurulmasına 6 dəqiqə qalmış alıb.
Bir neçə dəqiqə sonra hakim “Vilyarreal”ın futbolçusu Man Morlanesə də qırmızı işarə göstərib, amma ev sahiblərinin bəxtinə ehtiyat oyunçular arasında oturmuşdu.
Oyunun qalan vaxtında azlıqda qalan Unai Emerinin yetirmələri Nikolas Ceksonun 94-cü dəqiqədə vurduğu qol sayəsində nəinki heç-heçəni saxlayıb, hətta qələbə də qazanıblar - 2:1