Kərim Benzema
20 noyabr 2022 10:01 (UTC +04:00)

Kərim Benzema

"Qızıl top"un sahibi bu çempionatda iştirak etməyəcək

İspaniyanın "Real" futbol komandasının və Fransa yığmasının hücumçusu Kərim Benzema zədə səbəbindən dünya çempionatında iştirak edə bilməyəcək.

Lent.az-ın xəbərinə görə, bu barədə bu gün Fransa Futbol Federasiyası məlumat yayıb.

Benzema əzələləri zədələndiyi üçün şənbə günü komandanın məşqini tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, Pol Poqba (“Yuventus”) və Nqolo Kante (“Çelsi”) də zədə səbəbindən Fransa yığmasının tərkibində dünya çempionatında iştirak edə bilməyəcək.

Qeyd edək ki, Fransa millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema bu il "Qızıl top" mükafatını qazanıb. Dekabrda 35 yaşı tamam olacaq hücumçu ötən mövsüm "kral klubu" ilə İspaniya çempionu və Çempionlar Liqasının (ÇL) qalibi olub. Madrid təmsilçisi cari mövsümün əvvəlində isə UEFA Super Kubokunu qazanıb.

Bundan başqa, təcrübəli forvard ötən mövsüm İspaniya La Liqasında 32 oyuna 27 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, ÇL-də 15 qol vurub, 2 məhsuldar ötürmə edib.

Son 44 ildə ilk dəfə "Qızıl top"-a layiq görülən futbolçu dünya çempionatına qatıla bilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2889
avatar

Oxşar yazılar