"Barselona"nın futbolçusu Lamin Yamal qeyri-adi diskvalifikasiya səbəbindən "Barbastro" ilə İspaniya kubokunun 1/16 finalında yanvarın 7-də keçiriləcək görüşdə oynamayacaq.
Lent.az xarici mediaya istinadən bildirir ki, Yamal ötən mövsüm İspaniya Kubokunda Kataloniya klubunun gənclər komandasında oynayarkən birbaşa qırmızı vərəqə alıb. Eyni zamanda, oyunçunun diskvalifikasiyası böyüklər komandaları arasında oyunlara da şamil edilir, ona görə də 16 yaşlı futbolçu İspaniya Kubokunda iki oyunu buraxacaq.
Yamal katalonların yetirməsidir və 2023-cü ilin yayında "Barselona"nın əsas komandasına qoşulub.
Bu mövsüm 16 yaşlı futbolçu "mavi qranatlar"ın heyətində bütün turnirlərdə 25 oyun keçirib və bir qol vurub və dörd məhsuldar ötürmə edib.
“Transfermarkt” internet portalına görə, bazar dəyəri 60 milyon avrodur.