Qətərdə stadionda  soyunan azarkeş   həbs oluna bilər
19 dekabr 2022 19:36 (UTC +04:00)

Qətərdə stadionda soyunan azarkeş həbs oluna bilər

2022-ci il dünya çempionatının finalında sinəsini göstərən argentinalı azarkeş sosial şəbəkələrdə böyük əks-səda doğurub. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, Qətər qanunlarını pozub və buna görə məsuliyyət daşıya bilər.

Argentina millisinin bir çox azarkeşi qızın cəsarətinə heyran qalır və mümkün həbs cəzası fonunda onu dəstəkləyir. Eyni zamanda, bəzi fanatlar argentinalının açıq-aşkar hərəkətlərini pisləyir və onu qanun çərçivəsində cavab verməyə çağırırlar.

Xatırladaq ki, “Lusail” stadionunun tribunasında argentinalı azarkeş millinin turnirin finalında Fransa yığması üzərində qazandığı qələbəni qeyd edərkən sinəsini açmışdı. Bu an oyunun rəsmi yayımına daxil edilib.

Qətərdə keçirilən dünya çempionatının final oyunu Argentina millisinin penaltilər seriyasında qələbəsi ilə başa çatıb.


 
 

# 64002
avatar

Oxşar yazılar