"Mançester Yunayted" sahibini dəyişməyə yaxındır.
Lent.az xarici mediaya istinadən bildirir ki, Qətər şeyxi Cassim bin Hamad Al Tani klubu almaq üçün son təklifini təqdim edib.
Eyni zamanda nəşr Yaxın Şərq təmsilçisinin nə qədər təklif etdiyi barədə məlumat vermir, lakin o qeyd edir ki, bu təklif çox maraqlıdır və klubun hazırkı sahibləri Qleyzer ailəsinə düşünmək üçün cəmi 11 saat vaxt verilib.
Yeni təklif klubun Premyer Liqadakı səhmlərinin 100 faizni satın alacaq, bütün borclarını ödəyəcək və yalnız kluba və cəmiyyətə ayrılan ayrıca fondu əhatə edəcək.
Bu arada, “CBS Sports Golazo”nun jurnalisti Ben Ceykobs yeni təklifin dəyərinin 7 milyard dollardan çox olduğunu, bunun 1 milyard dollarının komandaya planlaşdırılan investisiya olduğunu açıqlayıb.
Qeyd edək ki, “Mançester Yunayted”in alınması üçün təkliflərin verilməsi üçün son tarix ötən ay başa çatıb, lakin hərrac hələ də bitməyib. İş adamı Cim Retkliff də "Mançester Yunayted"i almaq istəyir.