Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Avropa Liqasının qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri V turun matçına çıxacaq.
Ağdam klubu Fransada “Nant”la görüşəcək. Bakıda rəqibini 3:0 hesabı ilə məğlub edən “Qarabağ” qrupdan çıxmağı rəsmiləşdirmək üçün uduzmamalıdır.
Təmsilçimiz qalib gəlsə, “Frayburq”un xal itkisindən asılı olaraq ya 1-ci yer şansını qoruyacaq, ya da ikinciliyi təmin edəcək. Heç-heçə “Frayburq”u 1/8 finala, ağdamlıları pley-offa daşıyacaq. Məğlubiyyət isə Konfrans Liqasına düşmək ehtimalı yarada bilər.
Qrupun digər matçı Almaniyada baş tutacaq. İtkisiz irəliləyən “Frayburq” autsayder “Olimpiakos”u sınağa çəkəcək.
Qeyd edək ki, sonuncu – VI turun oyunları noyabrın 3-də keçiriləcək.
Avropa Liqası
G qrupu, V tur
27 oktyabr
23:00. "Nant" (Fransa) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Yakob Kehlet (Danimarka)
"Beaujoire" stadionu