"Qarabağ" Avropa Liqasında mübarizəni dayandırdı
15 mart 2024 02:06 (UTC +04:00)

"Qarabağ" Avropa Liqasında mübarizəni dayandırdı

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, "Qarabağ" Almaniyada "Bayer"in qonağı olub.

"Bay Arena"da keçirilən matç Bakı vaxtı ilə saat 00:00-da başlayıb. Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edib.

"Qarabağ" 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

UEFA Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunu

14 mart

00:00. "Bayer 04" (Almaniya) - "Qarabağ" (Azərbaycan) 3:2

Qollar: Ceremi Frimponq, 72, Patrik Şik, 90+3, 90+7 - Abdullah Zubir, 59, Olavio Juninyo, 68

Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 63

Hakimlər: Entoni Teylor, Qari Besuik, Adam Nann Endryu Medli (İngiltərə)

"Bay Arena".

İlk oyun - 2:2.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3540
avatar

Oxşar yazılar