Qapıdan zərbə zamanı  ayağını   sındırdı
01 dekabr 2023 14:39 (UTC +04:00)

Qapıdan zərbə zamanı ayağını sındırdı

“Gent”in fransalı qapıçısı Pol Nardi Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunun Ukrayna “Zorya”sı ilə oyununda (4:1) ayağını sındırıb. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Belçika klubunun X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Hadisə oyunun ikinci hissəsində baş verib. 29 yaşlı qapıçı qapı zərbəsini yerinə yetirərkən açıq sınıq alıb. Futbolçu meydanı təkbaşına tərk edə bilməyib və tibbi yardım tələb edib.

Baş məşqçi Heyn Vanhazebruk hadisənin komandanı şoka saldığını bildirib. “O, təzəcə kəllə-beyin travmasından qayıtdı. İndi bu. İndi biz gözləməli və nə olduğunu görməliyik”, - o bildirib.

Nardi bu mövsüm bütün yarışlarda 13 oyun keçirib. Qapıçı 2022-ci ilin sentyabrından "Gent"də çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5304
avatar

Oxşar yazılar