“Qalatasaray”ın borcu AÇIQLANDI: 4.6 milyard
25 mart 2023 17:12 (UTC +04:00)

“Qalatasaray”ın borcu AÇIQLANDI: 4.6 milyard

“Qalatasaray” klubu və onun törəmə şirkətlərinin 31 dekabr 2022-ci il tarixinə olan borcunun 4 milyard 633 milyon lirə (təxminən 414 min 190 manat) olduğu açıqlanıb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, sarı-qırmızılı klubun Haliç Konqres Mərkəzində keçirilən illik adi maliyyə ümumi yığıncağında rəhbərlik və müşahidə şurasının maliyyə hesabatları ilə bağlı təqdimatı olub.

Təqdimatlarda 31 dekabr 2022-ci il tarixinə müstəqil yoxlanılan klub və onun törəmə şirkətlərinin xalis borcunun 4 milyard 633 milyon 239 min 861 lirə olduğu bildirilib.

Qeyd olunub ki, klub və onun törəmə şirkətlərinin 2022-ci ildə konsolidə edilmiş əməliyyat zərəri 1 milyard 14 milyon 80 min 724 lirədir.

# 1770
avatar

Oxşar yazılar