Moskvanın ÇSKA futbol klubunun hücumçusu Fedor Çalov “Qalatasaray” klubunun maraq dairəsindədir.
Lent.az xarici mediaya istinadla bildirir ki, baş məşqçi Okan Buruk rusiyalını şəxsən “Qalatasaray”da görmək istəyir.
İyunun 21-də “Fanatik” nəşri Çalovun “Qalatasaray”a keçməyə razılıq verdiyini yazıb. Lakin ordu klubunun baş direktoru Roman Babayev bildirib ki, hücumçunun transferi ilə bağlı CSKA ilə heç kim əlaqə saxlamayıb.
25 yaşlı hücumçu Avropa çempionatında çıxış edib. Belə ki, o, 2022-ci ildə İsveçrənin “Bazel” klubunda icarə əsasında çıxış edib. Burada futbolçu 14 oyun keçirib və dörd qol vurub.
Başa çatan mövsümdə Çalov bütün yarışlarda CSKA-nın heyətində 41 matçda iştirak edib, 24 qol vurub və 6 məhsuldar ötürmə verib.