PSJ hücumçu Kilian Mbappeyə kluba sadiqliyinə görə hər mövsüm əlavə 60 milyon avro ödəyir.
Lent.az xarici mediaya istinadla bildirir ki, belə bir səxavətli bonus fransalı futbolçunun ötən mövsümdən kənarda imzaladığı müqavilədə nəzərdə tutulub.
Bir müddət əvvəl “Real Madrid” Mbappeni almaq istəyirdi, lakin PSJ əlverişli maliyyə şərtləri sayəsində hücumçunu Parisdə qalmağa razı sala bilib.
Daha əvvəl Mbappenin Fransa çempionatında ən çox maaş alan futbolçu olduğu bildirilirdi. O, vergilərdən əvvəl aylıq 6 milyon avro maaşla siyahıya başçılıq edir. İkinci yeri 3,675 milyon avro ilə 31 yaşlı braziliyalı hücumçu Neymar tutur. Reytinqdə üçüncü sırada 35 yaşlı argentinalı hücumçu Lionel Messi gəlir. O, vergilərdən əvvəl ayda 3,375 milyon avro qazanır.