PSJ “Bayer Leverkuzen”in baş məşqçisi Xavi Alonsonun namizədliyini nəzərdən keçirir.
Lent.az xarici mediaya istinadən bildirir ki, artıq ispaniyalı mütəxəssislə ilk təmaslar başlayıb. Lakin PSJ iki maneə ilə üzləşib. Birincisi, Alonso klubdan ayrıldığı zaman italiyalı Karlo Ançelottini “Real Madrid”də əvəzləmək istəyir. İkincisi, “Bayer” Alonso ilə müqaviləni uzatmaq niyyətindədir.
Xavi Alonsonun “Bayer” ilə müqaviləsi 2024-cü ilə qədər qüvvədədir. “Əczaçılar”Almaniya Bundesliqasının cari mövsümündə keçirdikləri 33 oyunda 50 xal toplayaraq turnir cədvəlinin altıncı pilləsində qərarlaşıblar. Bundan əlavə, “Bayer” Avropa Liqasının yarımfinalına yüksəlib.
PSJ-nin hazırkı baş məşqçisi ilk mövsümdür komanda ilə işləyən Kristof Qaltyedir. Onun rəhbərliyi altında parislilər Çempionlar Liqasının 1/8 finalından kənarlaşıblar.