"Tottenhem"in hücumçusu Harri Keyn bu yay PSJ-yə keçə bilər.
Lent.az bildirir ki, “Foot Mercato”nun xəbərinə görə, hücumçunun nümayəndələri artıq parislilərlə potensial gedişlə bağlı danışıqlara başlayıblar. PSJ ingilis futbolçunu qarşıdan gələn mövsümlərarası əsas transfer hədəfi kimi müəyyənləşdirib.
Keyn ilə bir çox Avropa klubları ilə maraqlanır. Qeyd olunur ki, “Mançester Yunayted” də hücumçunu əsas hədəfinə çevirib.
Futbolçunun London klubu ilə hazırkı müqaviləsi 2024-cü il iyununn 30-da başa çatır.