PSJ braziliyalı hücumçu Neymardan qurtulmağı planlaşdırır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Paris klubu 31 yaşlı futbolçu ilə ayrılmaq üçün iki variantı nəzərdən keçirir. PSJ Neymarla müqaviləni pozmağa hazırdır. Braziliyalının müqaviləsi 2025-ci ilin yayında başa çatır.
Həmçinin Fransa klubunun rəhbərliyi Portuqaliya millisinin futbolçusuna pul verməmək üçün Bernardo Silvanın müqabilində “Mançester Siti”nin hücumçusunu təklif etmək istəyir.