Fransa çempionu PSJ 2017-ci ildə "Barselona"dan 222 milyon avroya aldığı braziliyalı hücumçu Neymarı 50 milyon avroya satmağa hazırdır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Paris klubu 30 yaşlı futbolçunun transferini Kataloniya klubuna təklif edib.
Neymar isə karyerasını PSJ-də davam etdirmək istəyir.
Ötən mövsüm braziliyalı Fransa klubunun heyətində bütün turnirlərdə 28 oyun keçirib, 13 qol vurub və 8 məhsuldar ötürmə edib.
Onun PSJ ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.