PSJ-nin sahibi Nasser Əl-Xelaifi “Tottenhem”in hücumçusu Harri Keynin atası və qardaşı ilə görüş keçirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Paris klubu 29 yaşlı hücumçu ilə müqavilə imzalamaq istəyir. Müqaviləni tezliklə komandaya rəhbərlik edəcək Luis Enrike də təsdiqləyib.
Məlumata görə, ingilis futbolçunu transfer etmək istəyən əsas favorit “Bavariya”dır. Keynin klubda karyera qurmaq arzusunu ifadə etdiyi bildirilir. Keyn “Mançester Yunayted”lə də maraqlanır.
Keyn “Tottenhem”in yetirməsidir. O, London komandasının heyətində 435 matçda 280 qol vurub və 64 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilə 2024-cü ilin yayında başa çatır.