Fransanın PSJ komandasının "Palmeyras"da çıxış edən 16 yaşlı gənc istedad Endrik üçün 20 milyon avro təklif etdiyi iddia edilir.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Fransa Liqa 1 komandalarından olan PSJ heyətini gücləndirmək üçün səylərini davam etdirir.
“Diario Sport”un verdiyi xəbərə görə; PSJ "Palmeyras"da çıxış edən 16 yaşlı braziliyalı futbolçu Endrik üçün 20 milyon avro təklif edib. Xəbərdə “Palmeyras”ın buna baxmayaraq təklifdən imtina etdiyi və gənc hücumçu üçün 35 milyon avro istədiyi bildirilib. Daha əvvəl Qabriel Jesusu gənc yaşda 32,5 milyon avroya “Mançester Siti”yə satan “Palmeyras”da prezident Leila Pereyranın Endriki bu qiymətdən aşağı qiymətə satmaq fikrində olmadığı yazılıb.
PSJ rəhbərliyindən bir nümayəndə heyətinin digər Avropa klubları araya girmədən Endrik transferini başa çatdırmaq üçün qısa müddət ərzində Braziliyaya gedəcəyi, PSJ-nin futbol direktoru Luis Kamposun isə bu transferdə aparıcı rol oynayacağı bildirilib.
PSJ-nin qarşıdakı illərdə dünya ulduzu olacağına şübhə etməyən Endrik bu mövsüm "Palmeyra" ilə 10 rəsmi oyunda 6 qol vurmağı bacarıb.